Nazim İbrahimovdan daha bir biabırçı addım: AVTOMOBİLİ ƏLİLLƏRİN YOLUNU BAĞLADI - ETİRAZ+FOTOLAR

OXUNUB: 5243 Özəl Seçilmiş Önəmli HADİSƏ

Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun avtomobilinin "durmaq qadağandır" işarəsi olan yerdə, səkinin fiziki qüsurlu insanlar üçün keçid yerində saxlaması sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

7NEWS.az xəbər verir ki, Komitə sədri 90 AA 321 dövlət qeydiyyat nişanlı xidməti avtomobili bu pozuntuya komitənin yerləşdiyi binanın qarşısında yol verib.Bu barədə sosial şəbəkənin fəal istifadəçiləri şərh paylaşıblar.

Şərh ətrafında gərin müzakirələr gedib və yüzlərlə insan Nazim İbrahomun ünvanına özbaşınalıq etdiyinə görə təhqir yağdırıblar.

Olay ətrafında gərgin müzakirələr gedib və müxtəlif qurumla münasibət bildirib. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkə vasitəsi ilə fakta reaksiya verib. Bildirib ki, panduslar əlilliyi olan şəxslərin yollarda rahat hərəkəti üçündür, amma bəzən panduslardan doğru olmayan məqsədlər üçün istifadə edilir. O qeyd edib ki, önəmli olan bu işdə vətəndaşların fəal olmasıdır:"Rastlaşdıqları bu kimi halları sosial şəbəkələrdə müzakirəyə çıxaraq ictimai qınaq halına gətirirlər. Bunun üçün hər birinizə təşəkkür edirik". Xatırladaq ki, bu fotonu ilk olaraq jurnalist İlkin Muradov sosial şəbəkədə paylaşıb.

Komitənin sözçüsü Elşad Miraləm avtomobili düzgün saxlamadığına görə avtomobilin sürücüsünə xəbərdarlıq edildiyini bildirib.

Sosial mediada gedən şərhlərdən aydın olur ki, Nazim İbrahimov neçə illərdir, hər gün avtomobilini belə park edir. Məlumatda o da qeyd olunur ki, Komitəyə çatmamış eyni küçənin solunda hər zaman DYP əməkdaşları "post quraraq" sürücülərə nəzarət həyata keçirilər. Belə olan təqdirdə niyə bu günə qədər DYP Nazim İbrahimovun özbaşınalığına göz yumub? Yaxın dəqiqələrdə DYP-nin rəsmi mövqeyini dərc edəcəyik.

7NEWS.az

RƏYLƏR