Nazir: 13 ildə regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 milyard yönəldilib

OXUNUB: 671 İQTİSADİYYAT

Azərbaycanda 2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 mlrd. manat həcmində vəsait yönəldilib. Prezidentin sərəncamı ilə rayon və şəhərlərin inkişafına 368 mln. manat ayrılıb ki, bu vəsaitlərin ayrılması regionların sosial inkişafında mühüm rol oynayıb.

İcmal.Az verir ki, bunu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

O qeyd edib ki, dövlət başçısı idxalın azaldılması istiqamətində tövsiyələr verib: 

"Biz işlərimizi bu istiqamətdə qurmalıyıq. Bu görüşlər çərçivəsində qaldırılan məsələlər diqqətlə öyrənilib, bu məlumatlardan istifadə edəcəyik”. 

İcmal.Az

RƏYLƏR