Nazir: ADNSU-nun yeni yataqxanası istifadəyə veriləcək

OXUNUB: 548 SOSİAL

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimat mərasimi keçirilib.

İcmal.Az xəbər verir ki, mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında, həmçinin gənc kadrların formalaşmasında və alim kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. 

O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.

Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir: 

"Növbəti tədris ilində yataqxananın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu da təmir ediləcək”.

İcmal.Az

RƏYLƏR