Nazir: Azərbaycan-Rusiya sərhədində aksiz postu qurulacaq

OXUNUB: 691 İQTİSADİYYAT

Biz qarşıdakı illərdə ixracın artırılması istiqamətində böyük həcmdə işlər aparırıq. Qarşıdakı beş il ərzində Rusiyaya məhsul ixracını beş dəfə artırmaq niyyətindəyik. 

İcmal.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

O həmçinin deyib ki, keçən ilin nəticələrinə görə, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 22% artıb.

Nazirin sözlərinə görə, hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı 42% artıb:

"Bu ilin birinci rübündə Azərbaycanla Rusiya arasında ümumi ticarət dövriyyəsi 32% artıb. Bu dövrdə Azərbaycanın Rusiyaya ixracı 50% artıb”.

O, gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində aparılan işlərə də toxunub.

Qeyd edib ki, qısa müddətdə Rusiya aksiz mallarının rəsmiləşdirilməsi üçün aksiz postunun yaradılması üçün razılıq verib.

İcmal.Az

RƏYLƏR