Nazir Emin Əmrullayev bir gündə 7500 manat xərclədi, səhvlərlə dolu təbrik göndərdi

OXUNUB: 349 GÜNDƏM HADİSƏ
5 oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil naziri Emin Əmrullayev müəllimlərə təbrik mesajı göndərib.

Bu haqda Təhsil Nazirliyi dünən məlumat yayıb.

"Bu gün təhsil naziri Emin Əmrullayevin adından 151 min 738 nəfər müəllimimizin telefonuna aşağıda qeyd olunan təbrik sms-i göndərilib”,-deyə nazirliyin məlumatında qeyd olunub.

Məlumat üçün bildirək ki, hazırda ölkədə mobil operatorlarda 1 SMS üçün sabit, yəni 0.05 manat (5 qəpik) ödəniş nəzərdə tutulur.

Hesablamalara görə, nazir Emin Əmrullayev bir gündə 7 min 586 manat 90 qəpik dəyərində SMS göndərib./Cebhe.info




RƏYLƏR