Nazir: “Hər bir idmançıya qazandığı medala görə mükafat veriləcək”

OXUNUB: 890 İDMAN
Gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarında bir medaldan artıq qazanan idmançılara yalnız bir medalın mükafatının veriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.


İcmal.Az-ın məlumatına görə, nazir Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında sözügedən sualı belə cavablandırıb:

"Bunlar hamısı şayiədir. Bununla bağlı ölkə başçısının konkret qərarı var. Bu sərəncamı isə heç bir şayiə dəyişə bilməz”.

Komanda şəklində medal qazanan idmançıların mükafatı məsələsinə də toxunan A.Rəhimov qeyd edib ki, mükafatlar idmançıların hər birinə ayrı-ayrılıqda deyil, komanda hesabına köçürüləcək.
 
İcmal.Az

RƏYLƏR