Nazir idarə rəisi olan əmisi oğlunu təqaüdə göndərib - Yeni təyinat

OXUNUB: 670 GÜNDƏM HADİSƏ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə yeni direktor təyin edilib.
Məlumata görə, nazir Muxtar Babayevin müvafiq əmri ilə Elxan Baxışov sözügedən idarənin rəisi təyin olunub.
Nazirin bir müddət əvvəl imzaladığı müvafiq əmrlə idarənin rəisi Fizuli Babayev yaşa görə təqaüdə göndərilib.
Qeyd edək ki, Fizuli Babayev nazir Muxtar Babayevin əmisi oğludur.O, 09.06.2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsində işləyirdi./qaynarinfo
7NEWS.az

RƏYLƏR