Nazir: Çinlə Azərbaycan arasında turizm sahəsində memorandum imzalanacaq

OXUNUB: 112 İQTİSADİYYAT

Trans-Xəzər ticarət dəhlizinin genişləndirilməsi üçün potensial mövcuddur. Ötən il Azərbaycan vasitəsilə 10,4 mln. ton yük daşınıb ki, bu da 2016-cı illə müqayisədə 16% çoxdur. Ağır yük avtomobilləri ilə yük daşımaları isə 14% artıb.

İcmal.Az xəbər verir ki, bunu Çin səfəri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

O deyib ki, Çin Xalq Respublikasına səfərin dörd əsas məqsədi var idi:

"Bunlar Trans-Xəzər ticarət dəhlizi, Azərbaycanın turizm və ixrac potensialının artırılması, Çinlə əməkdaşlığın gücləndirilməsidir. Trans-Xəzər layihəsi Çinin reallaşdırmaq istədiyi "Bir kəmər, bir yol” layihəsinə tam uyğundur. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 43% artaraq 1,2 mlrd. dollara çatıb”.

O, Çinlə Azərbaycan arasında turizm əlaqələrindən danışıb. Nazir deyib ki, Azərbaycana qrup şəklində turistlərin cəlbi ilə bağlı razılıq əldə olunub: 

"Tezliklə bununla bağlı memorandum imzalanacaq. Hər il Çindən dünyanın müxtəlif yerlərinə 120 milyon nəfər turist gedir:

"İnanırıq ki, bu memorandumdan sonra Azərbaycana Çindən gələn turistlərin sayı artacaq”.  

İcmal.Az

RƏYLƏR