Nazir: Misir Azərbaycanın tranzit potensialından yararlana bilər

OXUNUB: 685 İQTİSADİYYAT

Misirlə Azərbaycan arasında ticarət, investisiya, enerji, turizm, sosial və s. sahələrdə əməkdaşlıq var.

İcmal.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Misirə işgüzar səfəfri zamanı bu ölkənin baş naziri Şərif İsmayıl ilə görüşündə bildirib. 

O deyib ki, ticarət əlaqələri, xüsusilə də Azərbaycan məhsullarının Misirə ixracı genişləndirilə, Misir şirkətləri daşımalar zamanı Azərbaycanın tranzit potensialından - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutundan yararlana bilərlər.

Misirin Baş naziri Ş. İsmayıl Azərbaycan nümayəndə heyətinin Misirə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildirib.

İcmal.Az

RƏYLƏR