Nazir müavini: 22500 ton süzülmüş bal geri qaytarılıb

OXUNUB: 759 İQTİSADİYYAT

"Bu il 333 nəfər arıçı öz məhsulunu satışa çıxarıb ki, bu da ötənilkindən 78 nəfər çoxdur. Yarmarkaya 107,5 ton süzülmüş bal, 5,5 ton şanı balı, 200 ton güləm bal, 850 ton çiçək tozu, 35 ton arı südü çıxarılıb".

İcmal.Az xəbər verir ki, bunu paytaxtda açılmış ənənəvi arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

O bildirib ki, ötən illə müqayisədə yarmarkaya daha çox süzülmüş bal çıxarılıb: "Ötən il yarmarkaya 75 ton süzülmüş bal çıxarılmışdı".

Məlum olub ki, yarmarkada 336 arıçı iştirak edir: "Əsas Lənkərandan olan iştirakçılardır ki, onların da sayı 107-dir. Şəki-Zaqatala zonasından 76, Gəncə-Qazax zonasından isə 60 arıçı yarmarkada iştirak edir".

22500 kq balın geri qaytarıldığını deyən nazir yarmarkaya saxta bal çıxarılması hallarını istisna etməyib: "Bu il ballardan 3400 nümunə götürülüb ki, onun da 509-u standartlara uyğun olmadığı üçün satışdan çıxarılıb. Bu isə təxminən 22500 ton süzülmüş bal deməkdir".

S.Talıbovun sözlərinə görə, bu il may ayının isti keçməsi arıçılığa mənfi təsir edib: "May ayından sonra ölkəmizdə quraqlıq oldu. Təbii ki, bu da arıçılıq məhsullarının həcminə və keyfiyyətinə təsir etdi".

İcmal.Az

RƏYLƏR