Nazir müavininin qayınına da yüksək vəzifə verdi

OXUNUB: 610 SOSİAL
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında daha bir təyinat olub. 

 
İcmal.Az unikal.org-a istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədəliyev Mahmud Məmməd oğlu Təminat (təsərrüfat) şöbəsinin müdiri təyin edilib.
 
M.Məmmədəliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin qaynıdır.
 
Xatırladaq ki, bir müddət öncə İsmayıl İsrafilov nazirliyin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor təyin etmişdi. İ.İsrafilov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşıdır.
 
Təyinat xəbərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.
 
İcmal.Az

RƏYLƏR