Nazir Mübariz Qurbanlının qardaşı oğluna yeni VƏZİFƏ VERDİ

OXUNUB: 271 Özəl GÜNDƏM
Samux Rayon Polis Şöbəsinə (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə  polis polkovnik-leytenantı Emin Qurbanov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinata qədər Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, E.Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.
 
7News.Az

RƏYLƏR