Nazir prezidenti aldadıb? - “Palmalar bir gün sonra yoxa çıxdı”

OXUNUB: 469 Özəl HADİSƏ
Bakıda Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (Semaşko Xəstəxanasının) həkimi sensasion açıqlama verib.
"Yeni Sabah” xəbər verir ki, Turan İnformasiya Agentliyinə danışan həkimlərdən biri xəstəxanada olan problemlər haqda məlumat verib. Amma ən maraqlı məqam onun mərkəzin əsaslı təmirindən sonra keçirilən açılış mərasimi ilə bağlı dedikləri olub.

Həkim qeyd edib ki,  prezident İlham Əliyevin "Semaşko xəstəxanasının" təmirdən çıxmış tibbi binasında açılış etdiyi gün mərkəzin həyətində iki gözəl palma ağacı əkilib. Lakin açılışın səhəri gün həmin bahalı ağaclar yoxa çıxıb.

Həkim xəstəxanadakı digər problemlər haqda da danışıb. "Su başdan bulanır” deyən həkim nazir Oqtay Şirəliyevin Azərbaycanın bütün səhiyyə sisteminə rəhbərlik etmək və onu müasirləşdirmək iqtidarında olmadığını hesab edir. O, nazirin Avropada təhsil aldıqdan sonra qayıdıb yeni işə başlayan həkimlərdən təəssüratlarını soruşduğunu, Almaniyada gördüklərini bizim xəstəxanalarla müqayisə etməyi xahiş etdiyi barədə danışıb. Gənclər nazirə bizim xəstəxanalara olan iradlarını bildiriblər və işdən qovulublar.
 
İcmal.Az

RƏYLƏR