Nazir Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ərazi bütövlüyünə verdikləri dəstəyə görə təşəkkür edib

OXUNUB: 621 index-manşet AZƏRBAYCAN SİYASƏT
"Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti bu gün regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmağa davam edir, davamlı inkişaf istiqamətində Azərbaycanın səylərini təhlükə altına salır”. Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrin Bakıda keçirilən 18-ci sammiti çərçivəsində baş tutan XİN başçılarının hazırlıq görüşündə deyib. 
Nazir qeyd edib ki, Ermənistan Azərbaycan ərazisində hərbi əməliyyatlar aparıb, bunun nəticəsində isə ölkə infrastrukturuna və sivil əhaliyə ciddi zərbələr dəyib.
E. Məmmədyarov Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ərazi bütövlüyünə verdikləri dəstəyə görə təşəkkür edib.

RƏYLƏR