Nazirdən Gəncənin düşmən hücumuna məruz qalması ilə bağlı ilk AÇIQLAMA

OXUNUB: 267 Özəl HADİSƏ

"Gəncədə heç bir hərbi obyekt yoxdur. Sadəcə olaraq, əhalinin sıx yaşadığı ərazidir”. 

Bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov düşmənin Gəncəni atəşə tutması ilə bağlı verdiyi açıqlamada deyib.

O bildirib ki, Ermənistan öz vandalizm aktlarını törətməyə davam edir:

"Düşmən bu vəhşiliyinə görə layiqli cavabını alır. Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazır. Biz də bu tarixi anlara şahid olacağıq. Düşmən təxribatları nəticəsində həyatını itirən dinc əhaliyə Allahdan rəhmət diləyirik”.

Nazir onu da qeyd edib ki, düşmən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ciddi ziyan vurub:

"Lakin biz bu binaları gələcəkdə bərpa edəcəyik. Xalq heç nədən qorxmur və Azərbaycan ordusuna güvənir”. 


RƏYLƏR