Nazirlər Kabineti sürüşmə zonasında evi olan sakinlərə pul ayırdı

OXUNUB: 596 SOSİAL

Nazirlər Kabineti (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib.

Nazirlər Kabinetindən İcmal.Az-a verilən məlumata görə, müvafiq sərəncam baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.

Kirayə haqqı ərazidən köçürülən hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla ödəniləcək.

Qeyd edək ki, "Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir.

Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı dörd ev tam, bir ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.

İcmal.Az

RƏYLƏR