Nazirlik yeni virus təhlükəsi ilə bağlı xəbərdarlıq etdi – VİDEO

OXUNUB: 818 SOSİAL

Bir neçə gündür ki, bütün dünyada kompüterlərin bəlasına çevrilən yeni, dəhşətli virus peyda olub. Bu virus artıq 99 ölkədə yayılıb və bir çox kompüterlərin məhvinə səbəb olub. Bu virus, hətta oğurlanan faylların əvəzində istifadəçidən pul da tələb edir.

Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edib. 

Kompüter sistemlərini təhlükədən qorumağınız üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilərə baş vermiş virus yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda mərkəzin "1654” nömrəli qaynar xəttinə, yaxud [email protected] elektron ünvanına müraciət etməyinizi tövsiyə edir./xezexeber.az

İcmal.Az

RƏYLƏR