Nazirliyin əməkdaşı büdcədən dotasiya almayacaq rayonlar barədə açıqlama verib

OXUNUB: 825 İQTİSADİYYAT

"Regionların inkişaf etdirilməsi ilə bağlı 2004-cü ildən başlanılmış siyasətin davamı olaraq təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasına, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni müəssisələrin və iş yerlərinin yaranmasına, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb olub. 

Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu il respublikanın 33 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan vergilərin hesabına formalaşdırmalıdır”. 

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov "Vergilər” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, regionların inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilən dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, regionlardan büdcə daxilolmalarının artmasına imkan verib:

"Xüsusi olaraq vurğulamaq lazımdır ki, regionlardakı vergi ödəyicilərinin əksər hissəsinin fəaliyyəti kənd təsərrüfatı ilə əlaqədardır və 1999-cu ildən bu sahənin, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunmasına baxmayaraq, 2016-cı ildə vergi daxilolmaları 600,8 mln. manat təşkil edib.

Halbuki Dövlət Proqramının qəbulundan əvvəlki 2003-cü ildə bu rəqəm 37,7 mln. manat idi. Beləliklə, son 15 ildə regionlardan vergi daxilolmaları 16 dəfə artıb”.

İcmal.Az

RƏYLƏR