Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov azadlığı çıxıb – Foto

OXUNUB: 57 SOSİAL

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov azadlığı çıxıb.

İcmal.Az xəbər verir ki, bu barədə Vidadi Zeynalovun yaxınlarından biri saytımıza məlumat verib. Onun cəzaçəkmə müaəssisəsinin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etməklə vaxtından əvvəl şərti olaraq azadlığa çıxdığı bildirilib.

Bizimyol.info Vidadi Zeynalovun azadlığa çıxması ilə bağlı Pentensiar xidmətdən açıqlama almaq istəsə də, qrumun mətbuat xitmətindən bildirilib ki, adıçəkilən şəxs azadlığa çıxsa da, bu barədə açıqlama verilməsinə qanun icazə vermir.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi.
Daha sonra V. Zeynalov apelyasiya şikayəti vermiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilmişdi.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}