Öncə boğaraq öldürdü, sonra səkinin qırağına atdı - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

OXUNUB: 516 Özəl SOSİAL HADİSƏ

Baş Prokurorluqdan 7NEWS.az-a verilən məlumata görə 30 mart 2013-cü il tarixdə paytaxtın Yasamal rayonu ərazisində İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
Müəyyən edilmişdir ki, Bakı şəhər sakini Zaur Sadıqovla 29 mart 2013-cü il tarixdə  saat 21 radələrində tanışı İsmayıl Zeynalovun arasında avtomobildə  mübahisə baş vermiş, Zaur Sadıqov avtomobili yolda saxlayaraq  maşından enməyə çalışan narkotik vasitələrin təsiri altında olan İsmayıl Zeynalova bədəninin müxtəlif nahiyyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürmüş, daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb qoyaraq hadisə yerindən uzaqlaşmışdır.
Zaur Sadıqova Cinayət Məcəlləsinin  120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

RƏYLƏR