Öncə maşına çırpıldı, sonra yol kənarındakı piyadanı öldürdü

OXUNUB: 752 HADİSƏ

Saatlıda ölümlənən nəticələnən ağır qəza baş verib.

İcmal.Az DİN-ə istinadən xəbər verir ki, iyunun 1-də saat 16 radələrində Saatlı şəhəri ərazisində şəhər sakini Nurlan Nərimanov idarə etdiyi "VAZ-2106” markalı avtomobili qarşıda gedən həmyerlisi Vahid Mirzəyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə vurub.

Sonradan idarəetməni itirən N.Nərimanov yolun kənarında dayanan həmyerlisi Naibə Kazımovanı vurub və nəticədə qadın hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR