Neft Fondunun valyuta məzənnələrinin dəyişməsindən yaranan xərci azalıb

OXUNUB: 983 İQTİSADİYYAT

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq nəticəsində Dövlət Neft Fondunun büdcədənkənar xərci 98,4 milyon manat olub.  

2017-ci ilin yanvar–mart ayları ərzində fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar xərci 873,9 milyon manat təşkil etmişdi.

Fondun aktivlərinə gəlincə, iyulun 1-ə fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 4,96% artaraq 34 790,9 milyon dollara təşkil edib. 

Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub./oxu

 

İcmal.Az

RƏYLƏR