Neftçalada ana və qızı qarpızdan zəhərləndi

OXUNUB: 107 HADİSƏ

Neftçalada iki nəfər qarpızdan zəhərlənib.

Hadisə rayonun Söyüdlü kəndində baş verib.

Belə ki, kənd sakini,1966-cı il təvəllüdlü Quliyeva Ülkər Səfər qızı və onun qızı, 2003-cü il təvəllüdlü Quliyeva Fatimə Fərhad qızı qarpızdan zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada zəhərlənməyə qarşı lazımi tədbirlər görülüb. Beş saat həkim nəzarətindən sonra ana və qızı ambulator müalicəyə buraxılıb. /Report

 

İcmal.Az

RƏYLƏR