“Neftçi” – “Keşlə” matçı araşdırılacaqmı?

OXUNUB: 830 İDMAN

"Futbolçuların həbs olunması barədə heç nə eşitməmişəm”.

İcmal.Az xəbər verir ki, bu sözləri Apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Neftçi” – "Keşlə” (3:1) oyununda qonaqların 2 futbolçusu Nizami Hacıyev və Mirhüseyn Seyidov bilərəkdən zəif çıxış etməkdə ittiham olunurlar. "Keşlə”dən uzaqlaşdırılan həmin futbolçuların oyunu satdıqları üçün dünən axşam saatlarında müvafiq orqanlar tərəfindən saxlanıldığı iddia edilir.

Məsələ ilə bağlı fikirlərini bildirən Ramin Musayev bundan xəbərsiz olduğunu söyləyib. PFL rəhbəri "Neftçi” – "Keşlə” qarşılaşması ilə bağlı araşdırma aparmağa ehtiyac duymadıqlarını əlavə edib: "AFFA və PFL bu oyunla bağlı heç bir araşdırma aparmayacaq. Çünki orda şübhəli bir məqama rast gəlməmişik”. 

İcmal.Az

RƏYLƏR