Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub

OXUNUB: 662 SOSİAL

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev yeni vəzifəyə təyinat alıb. 

İcmal.Az xəbər verir ki, o, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsinə müvəqqəti olaraq Hüseyn Şahmalıyev təyinat alıb. 

Məlumatı Oxu.Az-a Səhiyyə Nazirliyindən təsdiq ediblər.

Qeyd edək ki, İsmayıl Mirzəliyev daha əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.

H.Şahmalıyev xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.

İcmal.Az

RƏYLƏR