Neftçilər xəstəxanasında Seyidbəyov, Yüzbaşı, Minbaşı.. - TƏFƏRRÜAT

OXUNUB: 1409 SOSİAL HADİSƏ
Mərkəzi Neftçilər  Xəstəxanası  ilk əvvəllər  Dövlət Neft Şirkətinin (SOCAR)  tabeçiliyində idi və əsasən xəstəxananı SOCAR maliyyələşdirirdi. Və xəstəxanada əsasən  neftçilər  müalicə olunurdu. 
Sonra nə baş verdisə bir günün içində Mərkəzi Xəstəxana verildi Səhiyyə Nazirliyinin tabeçiliyinə. 
Yayılan məlumatlardan belə aydın olurdu ki, guya  SOCAR xəstəxananı maliyyələşdirmədə çətinlik çəkib. Ancaq gerçək səbəb bəlli olmadı. 
Ümumiyyətlə, bu başı bəlalı  xəstəxanaya kimləri direktor, kimləri baş həkim, birinci müavin gətirmədilər, tez-tez kadrları dəyişdilər. Gah Seyidbəyovlar, gah Yüzbaşovlar, gah Minbaşıyevlər gəldi-getdi...hətta lap sonda Qubadan bir həkim tapıb gətirdilər baş həkim qoydular. O da az müddətdən sonra vəzifədən getdi. 
Bir sözlə, o boyda Səhiyyə Nazirliyi  Neftçilər xəstəxanasına normal bir kadr təyin edə bilmir. 
Təsəvvür edin,  xəstəxanada kağız  üstə maaş-əmək haqqı 600 manatdırsa, realda 4-5 mindir, yəni xəstəxanada həmişə qara mühasibatlıq olub. Əməliyyatların qiymətləri də kağız üstə bir cür realda  tam fərqlidir. Görün dövlət büdcəsindən nə qədər vergi yayındırılır. Bu cinayətdir. Bəs müvafiq orqanlar hara baxır ? 
Yuxarıda minbaşı, yüzbaşı ifadəsini boş yerə işlətmədik. Bəli, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi, direktorun birinci müavini bir zamanlar  Həbib Yüzbaşov idi, sonra azad edildi. 
O vaxtlar Yüzbaşovun müsavatçı olduğunu, tez-tez siyasi tədbirlərdə iştirak etdiyini söyləyirdilər. Bu gün Yüzbaşovun əli yenə xəstəxananın üstündədir  və köhnə politikabazlığından əl çəkmir. 
Ən biabırçısı isə odur ki, adı Neftçilər Xəstəxanası olan  tibb ocağında NEFTÇİ-dən çox başqaları müalicə olunur. Niyəsini növbəti yazıda oxuya bilərsiniz.
/gundelik-baku.com

RƏYLƏR