“Neftçi”nin sabiq futbolçusu avtomobil qəzasında ölüb – FOTO

OXUNUB: 949 HADİSƏ

"Neftçi”nin sabiq futbolçusu Jonas Pessalli dünyasını dəyişib.

26 yaşlı hücumçu avtomobil qəzasında ölüb.

Hadisə bu gün səhər saatlarında baş verib. Braziliya vaxtı ilə 04:30-da Koritiba küçələrindən birində "Audi” markalı avtomobilini sürətlə idarə edən "sambaçı” nəqliyyat vasitəsini  işıq dirəyinə çırpıb.

Məlum olub ki, Pessalli yoldaşları ilə birlikdə ad günündən qayıdırmış. Maraqlıdır ki, onunla eyni avtomobildə olanlardan heç kim xəsarət almayıb. Hadisə yerinə gələn xilasedici dəstələr sabiq "Neftçi”linin cəsədini maşından çıxarmaq üçün 3 saat çalışıblar.

Qeyd edək ki, ötən mövsümün gedişində "Neftçi”yə gələn Jonas Pessalli öz istəyi ilə komandadan ayrılmışdı. Onun son komandası ölkəsinin "Parana” klubu olub./apa

 

İcmal.Az

RƏYLƏR