Neftimizin qiyməti məlum oldu

OXUNUB: 919 İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin 1 barelinin qiyməti 0,31 dollar və yaxud 0,63% artıb.

İcmal.Az xəbər verir ki, "AzeriLight” markalı neftin bir barelinin qiyməti 49,63 dollara bərabər olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi əsasında "AzeriLight” markalı neftin ortamüddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb.

Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq.

RƏYLƏR