Nəhəng qaldırıcı kran insanların üstünə aşdı - VİDEO

OXUNUB: 251 DÜNYA

Almaniyada sınaqlar zamanı nəhəng qaldırıcı kran insanların üstünə aşıb.

Bu barədə Vertikal.net xəbər yayıb.

Bildirilir ki, sənədlərə əsasən, beş min ton ağırlıqqaldırma qabiliyyəti olan offşor kran yük gəmisinə quraşdırılıb.

Hadisə vaxtı göyərtədə 120 nəfər olub.

Qəza zamanı beş nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Bundan başqa, krana da ciddi zərər dəyib.

Baş verənlərə görə yoxlamalara başlanılıb.

RƏYLƏR