Nehrəmdə avtomobillə vurulan piyada xəstəxanada ölüb

OXUNUB: 621 AZƏRBAYCAN HADİSƏ
Nehrəmdə avtomobillə vurulan piyada xəstəxanada ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 13-də saat 17 radələrində Babək rayonunun Nehrəm kəndi ərazisində kənd sakini Cavid Qənbərov idarə etdiyi "VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi Həkimə İbrahimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada oktyabrın 15-də orada ölüb. Babək RPŞ tərəfindən araşdırma aparılır.

RƏYLƏR