“Nəsimi kuboku” Tərtərdə

OXUNUB: 41 SOSİAL

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Mil sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyi tərəfindən icra edilən "Məcburi köçkün məktəbliləri arasında Nəsimi kuboku” layihəsi çərçivəsində Tərtər rayon Şahmat Məktəbində rayon seçim turu keçirilmişdir. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Mürsəl Behbudlu yarış iştirakçılarını salamlamış, donor, yarışın məqsədi və layihə haqqında geniş məlumat vermişdir. Çıxış edən digər qonaqlar, həmçinin Tərtər UGŞİM-in direktoru Emin Quliyev yarışmanın maraqlı tərəflərindən və layihənin əhəmiyyətindən söz açmışdır. Daha sonra 8 komandanın gərgin mübarizəsi başlamışdır. Səslənən suallara 13 düzgün cavab verən ən çox xal yığmış "Tərtər” komandası layihənin Cocuq Mərcanlı qəsəbəsində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır. 



Hörmətlə,
 "Mil sosial və iqtisadi sahələrdə maarifləndirmə” ictimai birliyi
 

RƏYLƏR