Netanyahu Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb

OXUNUB: 750 SİYASƏT

İsrailin baş naziri Binyamin Netanyahu əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, o, ikitərəfli əlaqələrə yəhudilərin yeni il bayramı sayılan Roş-a-Şana münasibəti ilə ölkənin Xarici İşlər Nazirliyində keçirilən bayram tədbirində toxunub.

Bayram qəbulu Netanyahunun Mərkəzi və Cənubi Amerikaya gözlənilən səfəri ilə əlaqədar olaraq Roş-a-Şana iki həftə qalmış keçirilib.

Baş nazir çıxışı zamanı İsrailin Afrika ilə əlaqələrinin bərpa olunduğunu, Çin, Hindistan və Yaponiya, həmçinin müsəlman ölkəsi olan Azərbaycan və Qazaxıstanla sıx əlaqələrin qurulduğunu bildirib.

İcmal.Az

RƏYLƏR