"Nəticələr ləğv edilməli, MİDA rəhbərliyi cəzalandırılmalıdır" - ETİRAZLAR KÜTLƏVİ HAL ALIR

OXUNUB: 348 Özəl GÜNDƏM SOSİAL
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Zahir Rəhimov status paylaşıb: "Hörmətli Osman Gündüzün MİDA-nın mənzil seçimi haqqında statusuna yazdığım şərhi burda da ayrıca paylaşıram: 

1. Botla mənzil seçənlər varsa, əvvəlllər olubsa, buna cəhdlər edilibsə, indi də varsa- MİDA niyə hüquq-mühafizə orqanlarına müraciət edib onların cəzalandırılmasına çalışmayıb? Loglar, İP adreslər, daxil edilən məlumatlar əsasında bunu müəyyənləşdirmək çox asandır. Bunu etmirsə, demək MİDA səmimi deyil, açıqladığı və sizin də istinad etdiyiniz məlumat güvənilir deyil. 

2. Bəlkə heç ümumiyyətlə onlayn seçim filan bir tamaşadır? Tamaşa deyilsə də hoqqabazlıq səviyyəsinə endirilib. 

3. Açıq-şəffaf seçim, növbəli mexanizm bundan min dəfə abırlı olardı. 

4. Nəticələr ləğv edilməli, vətəndaşların dövlətə inamını manipulyasiya edənlər cəzalandırılmalıdır! 

7NEWS.az

RƏYLƏR