Neynirəme Paşinyanı, mənə Sisyandan danış... ANAR RƏHİMOV YAZIR

OXUNUB: 917 KÖŞƏ Özəl SİYASƏT
"Paşinyan yarıtmaz siyasətçidir". Bu başlıqlı yazılarla demək olar ki, hər gün rastlaşırıq. Əlbəttə düşmənin qüsurlarını onlara xatırlatmaq alqışlanmalıdır. Bircə yarıtmazın , Paşinyanın sonrasına qoşulan "siyasətçi"ni anlamıram. Xülya, uydurmalarla yaşayıb, qondarmaların başçısı olmaq dövlət xadimliyi, siyasətçilik deyil. Erməni rəhbərinin fərsizliyi, yaxud yarıtmaz Paşinyan!  Zaten insanlar bilir ki, erməni dövlət başçıları onun bunun çaldığı havaya rəqs edirlər. Onların qulağında gah Moskva, gah Paris, gah da ki, Vaşinqton ritmi səslənir. Neynirəm axı Paşinyanı?! Mənə Sisyandan,  Qafandan, Gorusdan, Masisdən və  indiki Ermənistanın ərazisinə daxil edilmiş  daha neçə rayonumuzdan danışın. Cumhuriyyət qurulanda Gümrü Osmanlı işğalındaydı deyə ermənilərə paytaxt kimi verdiyimiz İrəvandan söz açın. Hətta prezident İlham Əliyev 2008-ci ildə Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd edib. Tarixə baxsaq, Xoyski daşnaklarla savaşı dayandırmaq üçün torpaqları güzəştə getmişdisə, Sovetlər birliyində Nərimanovun məzmunu saxtalaşdırılmış bəyanatlarını da təəssüflə qəbul etməli oluruq. Heyif, axı İrəvan xanlığını idarə edən 9 xanın hamısı Azərbaycan türkü olub. O vaxt buralarda erməni nə gəzirdi?! Əslində qanuni yolla Ermənistanı xəritədən silməyə haqqımız çatır. Çünki İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm 1918-ci il tarixli Batum müqavilələri, həm də həmin ilin 29 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qərarı hüquqi qüvvəsini itirib. Buna görə də İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi qərarına yenidən baxılması, həmin qərarın qüvvədən salınması ilə bağlı ixtiyar sahibiyik. O vaxtkı Milli Şuramızın  qərarı qüvvədən düşüb. Axı beynəlxalq müqavilələr bir qayda olaraq 99 illik bağlanır. Qayıdaq illərdir qaytarmaq istədiyimiz Qarabağa! Sizə elə gəlmir ki, ermənilərin daha öncəki işğalın qabartsaq, 20 faizimizi özləri geri verəcək? Axı torpaqlarımızda qurulan və bütün sazişlərin müddəalarını pozan Ermənistan ən azından süquta uğramamaq üçün Azərbaycanın hirsini soyutmalıdır, öz ağıllarınca hiyləgərlik edib, zəbt etdiyi diyarları aram-aram boşaltmalıdır ki, ölkəmiz İrəvanı istəməsin. "Sən saydığını say, gör fələk nə sayır". Tez , ya da gec -  yarıtmaz "yan"lar işğal etdikləri torpaqları qaytarmalı olacaq. Onsuz da ölkəmizin hər sahəni əhatə edən inkişafı ermənilərin blokadasını daha da dərinləşdirir. "Yıxılana balta vurmazlar" kimi məsəlləri unudub, qaniçən düşmənə sarsıdıcı zərbələr endirmək lazımdır ki, başın tutanda beli, belin tutanda ayağı ağrısın. Odur ki, onları daha dərindən vurmaq lazımdır. XX əsrin əvvəllərində  verdiyimiz torpaqları istəsək, həmin əsrin sonlarında işğal etdiklərini geri almaq asanlaşar.
ANAR RƏHİMOV

RƏYLƏR