Nigeriyada terrorçu qadın özünü partladıb, 27 nəfər ölüb

OXUNUB: 801 DÜNYA

Nigeriyada kamikadze terrorçu qadının özünü bazarda partlatması nəticəsində azı 27 nəfər ölüb. 

  İnsident ölkənin şimal-şərqindəki Mayduquri şəhərinin yaxınlığında yerləşən Konduqa kəndində baş verib.

Məlumata əsasən, daha iki kamikadze özünü bazarın yaxınlığındakı qaçqın düşərgəsinin darvazası qarşısında partladıb.

Sonrakı partlayışlar nəticəsində ölən olmayıb. Son xəbərə görə, 83 nəfərin yaralandığı bildirilir.  /apa

 

 İcmal.Az

 

RƏYLƏR