Nikaha daxil olmaq istəyən 11 nəfərdə İİV infeksiyası tapıldı

OXUNUB: 810 SOSİAL
Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu il mart ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib ki, onlardan 3796-sı kişi, 1473-ü qadındır.

E.Alməmmədova bildirib ki, bu müddətdə QİÇS mərhələsində olan vətəndaşların sayı 1383 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 828 nəfər olub.
 
O qeyd edib ki, 2017-ci ilin I rübü ərzində nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinə nəticəsində 30 464 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 11 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
 
İcmal.Az

RƏYLƏR