Nisə Qasımova: Hər gün onun üçün ağlayıram – VİDEO

OXUNUB: 1089 MƏDƏNİYYƏT

"ARB TV”-nin "Ömrün fəsilləri” proqramının qonağı Xalq artisti Nisə Qasımova olub.

Müğənni dünyasını dəyişən anasından danışarkən qəhərlənib.

"Anamı itirəndən sonra hər gün yanıram, ağlayıram. İndi də ürəyim bərk sancır. Məclislərdən birində həmkarlarımdan biri demişdi ki, əşi, ölüb-ölüb də. Hamının anası ölür. Amma elə deyil, əzizim. Mən buradan ona demək istəyirəm ki, qulağını yaxşı aç və eşit. Sən və sənin kimilərinin duruşundan bəllidir ki, ananın qədrini nə uşaq vaxtından, nə dünyasını dəyişəndən, nə də ana olandan sonra bilmisən. Xahiş edirəm, heç vaxt deməyin ki, anası 85 yaşında öldü, ömrünü yaşadı. 105, 119 yaşında sağ olan analar var. Övladları ona yaxşı baxırlar. Bu övladların mən qadasını alım”, - deyən ifaçı göz yaşlarına boğulub./oxu

İcmal.Az

RƏYLƏR