Nizami rayonu Vüqar Sadıqov adına 214 saylı məktəbdə bıçaqlanma hadisəsi necə və niyə gizlədilir? - TƏFƏRRÜAT

OXUNUB: 3369 GÜNDƏM HADİSƏ

Məlumatda bildirilir ki, Bakı şəhəri Nizami rayonu Vüqar Sadıqov adına 214 saylı məktəbin direktoru məktəbdə baş verən bıçaqlanma hadisəsini örtbasdır edir.

Belə ki, Bakı şəhəri 214 saylı məktəbdə Azərbaycan bölməsində oxuyan 10c sinif şagirdi Əsgərzadə Murad rus bölməsinin 11ç sinif şagirdi İsazadə Sənanı dərs vaxtında məktəbin ayaq yolunda bıçaqlamışdır. İsazadə Sənan ayaq nayihəsindən iki dəfə xəsarət almışdır. Məktəbin direktoru Ağayeva Esmira və tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı məktəbdəbaş vermiş cinayət hadisəsini örtbas edirlər. Guya İsazadə Sənan məktəbin ayaq yolunda olarkən qırıq kafel ilə zədələnmişdir.

Hadisəni tam gizlətmək üçün Əsgərzadə Kənana bir müddət dərsə gəlməməyi məsləhət də görmüşlər. Nəvarki bu cinayətkar uşağın yaxın qohumları Daxili İşlər Nazirliyində yüksək vəzifədədirlər. Bizi bir valideyn kimi narahat edən odur ki, direktor və onun müavinin adlarına xələl gəlməməsi üçün bu tip cinayəti gizlətmələri və yalan ifadələrlə cinayətkar uşağın cinayətsiz qalmasıdır. Ümumiyyətlə şagirdin məktəbə bıçaq gətirməsi nə dərəcədə ağla sığandır.

Bu o deməkdir ki məktəbdə həm məktəbin direktoru Esmira Ağayeva həm də onun tərbiyə işləri üzrədirektor müavini Arzu Alışqızı işlərinə səhlənkar yanaşırlar. Biz bir valideyn kimi tam əminik ki bu hadisədən heç Təhsil Nazirliyin də xəbəri yoxdur. Əks təqdirdə məktəb Nazirlik tərəfindən yoxlama keçirilərdi və hətta hüquq mühafizə orqanları tərəfindən istintaq işləri də aparılardı. Ümid edirik ki, bu şikayətimizi işıqlandırarsanız Nazirlik tərəfindən ciddi tədbirlər görülər və övladlarımız rahat və normal şəraitdə təhsil alar.

Bu şikayətimizi işıqlandırarsanız Nazirlik tərəfindən ciddi tədbirlər görülər və övladlarımız rahat və normal şəraitdə təhsil alar./dosye

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
7NEWS.az

RƏYLƏR