Novruz Məmmədov Beynəlxalq QHT-ni ittiham etdi: "Niyə susursunuz?"

OXUNUB: 743 SİYASƏT
Azərbaycanın ictimai-siyasi xadimi, I dərəcəli dövlət müşaviri Novruz Məmmədov Beynəxalq QHT-ni səssiz qalmaqda ittiham edib.


İcmal.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini  və Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Alxanlı kəndində baş verən məlum hadisə ilə bağlı fikir bildirib.

Cənab Məmmədov deyib: "İnsan haqlarının müdafiəsini özlərinin əsas missiyası hesab edən beynəlxalq QHT Alxanlı kəndini atəşə tutaraq uşaq və nənənin vəhşicəsinə qətli ilə bağlı, görəsən niyə ağızlarını açıb bir söz demirlər, nə səbəbə susurlar. Qəribədir deyilmi?

Hesab edirəm ki, insan haqları məsələsində ədalətli və səmimi olsaydılar, bu sahəyə çox "diqqət yetirən” bir sıra böyük dövlətlərin rəsmiləri də Alxanlıda dinc insanların qətlinə münasibət bildirərdilər. Amma, əfsuslar".
 
İcmal.Az

RƏYLƏR