Novruz Məmmədov: Corc Sorosla bağlı vəziyyət dəyişir

OXUNUB: 690 SİYASƏT

"Beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin məkrli aktoru Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar”.

İcmal.Az  məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün "Twitter” səhifəsində yazıb. 

O, "Açıq cəmiyyət” fondunun yaradıcısı, amerikalı milyarder Corc Sorosla bağlı yaranan vəziyyətə münasibət bildirib: "Amma görünür, vəziyyət dəyişməyə başlayır, özü də Avropadan”.

Qeyd edək ki, Corc Sorosun gəlirinin 75 faizini özünün siyasi və sosial proqramlarına xərcləyəcəyi xəbəri dünyada gərginlik yaradıb. Demokratik yolla seçilmiş bir sıra liderlər onun pulu ilə satın alınan siyasətçilərə qarşı mübarizənin çətin olacağından narahatlıq ifadə ediblər.

İcmal.Az

RƏYLƏR