Nüvə raketlərini qoruyan amerikalı əsgərlər haqda ŞOK MƏLUMATLAR

OXUNUB: 568 DÜNYA
ABŞ Hava Qüvvələrinə aid şok məlumatlar mediaya sızıb.

 Amerikanın "Assoşayted Press” agentliyinin ələ keçirdiyi materiallarda ABŞ Hava Qüvvələrinin hərbiçilərinin LSD adlı halüsinasyon maddələrdən istifadə edildiyi deyilir.

Bu maddələri istifadə edən hərbiçilər nüvə raketlərinin mühafizəsini həyata keçirir.

Məlumata görə, Vyomindəki F.E. Varren hava bazasındakı hərbiçilər LSD və digər narkotik maddələrdən istifadə edərək, hərbi xidmətlərini həyata keçiriblər.

Bununla bağlı cinayət işi açılıb. Hərbiçilərdən biri Meksikaya qaçsa da, 2016-cı ilin mart ayında həbs olunaraq, Amerikaya gətirilib. Araşdırma nəticəsində 14 hərbiçi nizam-intizam qaydalarını pozduqlarına görə cəzalandırılıb, 6 hərbiçisi isə LSD maddələrindən istifadə etmək və satmaq ittihamı ilə həbs olunub./publika

İcmal.Az

RƏYLƏR