Növbəti erməni yalanının ifşası — Azərbaycanlıların asdığı deyilən ermənini Qriqoryan öldürüb

OXUNUB: 954 SİYASƏT
Dünən bir çox mətbu orqan erməni saytlarına istinadən guya azərbaycanlıların asdığı erməninin digər ermənilər tərəfindən göz yaşı içində ipdən endirmələri barədə xəbər yaymışdılar.
 

Əslində bu işin təşkilatçıları elə ermənilərin özü, daha dəqiq desək, hazırda həbs edilən erməni general Manvel Qriqoryan olub. Bu araşdırmanı aparmaqda redaksiyamıza erməni dili mütəxəssisi Telman Qasımov oldu. Qasımovun ermənidilli saytlarda araşdırması zamanı bu işin məhz Qriqoryan tərəfindən həyata keçirildiyi məlum olub.

Qarabağ müharibəsində əsir götürülən azərbaycanlılardan birini dörd il evində qul kimi saxlayan erməni general, "Yerkrapa” yarımhərbi təşkilatının rəhbəri hazırda Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan  Manvel Qriqoryanın Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yerləşən iqamətgahında axtarış aparılarkən üzərində "Əsgər payı” yazısı olan çoxlu sayda ət konservi və digər satışı qadağan edilən məhsullar, çoxlu sayda siqaret, əsgər alt paltarları, bintlər, benzin, 7,62 mm və 5,45 mm-lik güllələr və s. ilə yanaşı erməniləri şoka salan arxiv şəkillər də aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Belə ki, erməni mətbuatının yaydığı xəbərə görə general Manvel Qriqoryanın evindən arxiv fotoşəkillərin içindən ona haqq vermədiyi üçün cəzalandıraraq evinin zirzəmisində qul kimi saxladığı erməni iş adamlarınının fotoları tapılıb. 

Bundan başqa general Manvel Qriqoryanın 1994- cü ildə Ağdərədə ona tabe olmayan erməni düyüşçüsünü asaraq öldürdüyünü əks etdirən fotoşəkil də aşkarlanaraq götürülüb.

Həmin fotoları diqqətinizə çatdırırıq:

Manvel Qriqoryan Xocalıda soyqırımı həyata keçirənlərdən biridir və onun dəstəsi azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib.

İcmal.Az

RƏYLƏR