Növbəti həkim məsuliyyətsizliyi: Bakıda ana doğuş zamanı qanaxmadan öldü

OXUNUB: 674 HADİSƏ

Azərbaycanda daha bir hamilə qadın həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib.

İcmal.Az-ın məlumatına görə, mərhum Turanə Məmmədovanın yaxınları azxəbər-ə bildiriblər ki, o, Qara Qarayevdə yerləşən 7 saylı doğum evində dünyasını dəyişib. 

Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən qeysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun oğlan övladı isə dünyaya gəlib. 

Yeddi saylı Doğum Evi məsələ ilə bağlı ətraflı məlumat veriləcəyini bildirib.

 

RƏYLƏR