Növbəti maarifləndirici görüş Qubada keçirilib – Şuranın dəstəyilə

OXUNUB: 80 QHT
"Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Region sahibkarlarına vergi məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirici görüşü Quba rayonunda keçirib. 
 
Görüşdə rayonda fəaliyyət göstərən sahibkarlar, müxtəlif müəssisə və təşkilatlarda çalışan mühasiblər və QHT nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev layihənin keçirilmə məqsədi və hədəfləri barədə iştirakçılara ətraflı məlumat verib. 
 
Vergi sahəsində ekspert Abdulla Abdullayev vergi məcəlləsinə edilmiş dəyişikliklər mövzusunda çıxış edərək iştirakçıları bu istiqamətdə praktiki məlumatlandırıb. 
 
Görüşdə iştirak edən region üzrə ərazi vergilər idarəsinin əməkdaşı Orxan Alıyev vergi ödəyicilərinin yeni dəyişikliklərdən sonra üzləşdikləri problemlər barədə məlumat verib və dinləyicilərin suallarını cavablandırıb. Görüş qarışıqlı müzakirələr formatında davam edib.
 
Qeyd edək ki, layihə çərçivəsində sonuncu görüşün Şamaxı rayonunda keçirilməsi nəzərdə tutulub. 



RƏYLƏR