Nyu-Cersidə təyyarə yaşayış evinin üzərinə düşüb

OXUNUB: 538 DÜNYA
ABŞ-ın Nyu-Cersi ştatında Vudbric Taunşip şəhərində "Cessna 414" təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış evinin üzərinə düşüb və bunun nəticəsində evdə yanğın baş verib. "CBS" telekanalının məlumatına əsasən, Linden hava limanına gedən təyyarənin göyərtəsində yalnız bir pilot olub. Onun taleyi hələ məlum deyil. Təyyarə düşən zaman ​​evdə heç kim olmayıb. Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinin mütəxəssisləri araşdırma aparmaq üçün qəza yerinə gəliblər.

RƏYLƏR