Nyu-Yorku qana bulayan şəxsin kimliyi məlum oldu

OXUNUB: 1038 DÜNYA HADİSƏ
ABŞ-ın Nyu-York şəhərindəki "Times meydanı"nda ölümlə nəticələnən hadisəni törədən şəxsin kimliyi məlum olub.


Bu barədə "CBS” telekanalı xəbər yayıb. Kanalın verdiyi məlumata görə, polisdən həmin şəxsin 26 yaşlı Bronx sakini olduğu açıqlanıb. Həmçinijn bildirilib ki, həmin şəxs artıq bir neçə dəfə təhlükəli və sərxoş halda avtomobil idarə etdiyi üçün həbs olunub.

"Həmin şəxs iki dəfə həbs edilib. Hər dəfə avtomobili sərxoş halda idarə edərkən qəza törədib. Hazırda onu polis idarəsində dindirirlər”, - deyə açıqlama verilib.

Qeyd edək ki, bu gün ABŞ-ın Nyu-York şəhərindəki "Times meydanı"nda ölümlə nəticələnən hadisə baş verib. Minik avtomobili yüksək sürətlə hərəkət edərək insanların sıx olduğu səkiyə girib. Tayms meydanında baş verən hadisə zamanı bir nəfər ölüb, 20-dən çox insan ağır yaralanıb. Hadisə yerinə polis cəlb olunub. Həyata keçirilənə məliyyat nəticəsində hadisəni törədən sürücü həbs edilib./olke.az
 
 
İcmal.Az

RƏYLƏR