O, 300 uşağa, 210 qıza təcavüz edib və daha nələr, nələr... - Oxuduqca insanın qanı donur...

OXUNUB: 964 DÜNYA

"Andes canavarı” ləqəbli Pedro Alonso Lopez 1970-ci illərdə KolumbiyaPeru və Ekvadorda 300-dən çox uşağı oğurlayaraq təcavüz edib.

1949-cu ildə anadan olan Pedro təcavüz etdiyi uşaqları öldürüb. Anası fahişəxanada işləyən Pedronun 12 bacı-qardaşı olub. 8 yaşı olarkən bacısına təcavüz etdiyinə görə, anası onu evdən qovub.

İlk həbsi 18 yaşında avtomobil oğurluğuna görə olub. Həbsxanada ona təcavüz edən 4 məhkumdan 3-nü öldürüb. Törətdiyi cinayətlərə görə sadəcə 2 il həbsdə olub.

1978-ci ildə 100 perulu qızı öldürüb. Kəndlərin birində 9 yaşlı qıza təcavüz etmək istəyəndə ələ keçib. Yerli sakinlər olan Ayaçukas tayfası Pedronu diri-diri yandırmaq istəyib. Polisə təslim edilmək üçün Ekvadora aparılan Pedro orada 110 qıza təcavüz edərək, onları öldürüb. Cəsədləri fərqli yerlərdə gizlətdiyi üçün kimsə onları tapa bilməyib.

1983-cü ildə Peru və Kolumbiyada 240 uşağı öldürən qatil həbs olunub. O, məhkəmə zalında həbsdən çıxandan sonra da əməllərini davam etdirəcəyini deyib. Törətdiyi cinayətlərə görə Kolumbiyaya sürgün edilib.

Özünü "Əsrin şəxsi” adlandıran qatil 1998-ci ildə azadlığa buraxılıb. O vaxtdan bu günə kimi Pedronun ölü və ya sağ olması haqda heç bir məlumat yoxdur. Ölənlərin ailələri qatili tapan şəxsə 250 min dollar vəd edib./metbuat.az

İcmal.Az

RƏYLƏR