“O insanların iztirabları bizim içimizdən keçir “– Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Uşaq bölməsinin rəhbəri ilə MÜSAHİBƏ

OXUNUB: 504 SOSİAL

Bildiyiniz kimi dünyanı cənginə alan xəstəliklərdən biri də qan xəstəlikləridir. Təbii ki, bununla bağlı dövlətimiz daim bu sahədə öz dəstəyini göstərir və xəstəliyə qarşı mübarizə aparılır. Lakin çox təəsüflər ki, ölkəmizdə gənclər, körpələr və yaşlı nəsil arasında bu xəstəlik yayılmaqdadır. Bu və digər suallarla bağlı İnterpress.az Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Uşaq bölməsinin rəhbəri, Tibb elmləri doktoru, professor Mireldar Babayevdən geniş müsahibə alıb.

Dünyada və ölkəmizdə gənclər, körpələr və yaşlı nəsil arasında qan xəstəlikləri yayılmaqdadır.Bununla bağlı hansı addımlar atılır?

İstər uşaqlar olsun istər yaşlı nəsil olsun, bu insanların hamısında qanın xərçəng  xəstəliyinə tutuluma riski var. Və elə o səbəbdən də bütün bu yaş qruplarında bu xəstəliyə , leykimya xəstəliyinə rast gəlmək olur. Uşaqlar arasında da bu xəstəliklərin yayılması yəni nisbətdə götürdükdə böyüklərdən az yayılmayıb.  Yəni bütün yaş qruplarında,  dediyim kimi  hətta bir yaşı olmamış uşaqlardan tutmuş 7 – 10 – 15 – 18  və.s  bütün yaş dövrlərində rast gəlinir. Fərqi ondan ibarətdir ki, hansı yaş qrupunda xəstəliyin hansı formasına rastgəlmə tezliyidir – fərq ondadır.  Məsələn uşaqlarda  limfoblast deyilən variyanta daha çox rast  gəlinir.  Böyüklərdə deyək ki,  meloblast və ya  meloysranın leykoz xəstəliyi daha çox  rast gəlinir.  Fərq, yəni, hansı  formanın hansı  yaşda daha çox rast gəlinməsindədir. Amma qaldı ki,  bütün  yaşlarda, yenə  deyirəm bu xəstəliyə rast gəlmək olar. Və burda oğlan , qız və ya  kişi – qadın münasibəti o qədər də fərqli deyil.

Doktor ! bu xəstəlik keçici olur, irsidir yoxsa heç bir ailədə , nəsildə olmayan, uşaqlarda da olur?

Bilirsiniz, ilk  əvvəllər  məsələn deyək ki, 90 –ıncı illərin əvvəllərinə qədər bu xəstəliyi  isriyyətlə bağlamırdılar.  Və hər zaman fikirləşdilər ki, hansısa bir faktorun  təsiri altında bu xəstəlik yaranıb. Deyək ki,  məsələn  radiasiya ilə əlaqəli, ximikatlarla əlaqəli və.s. Hər zaman düşünülürdü ki,  sonradan bu xəstəliyə insan hansısa bir səbəbdən tutulur.  Amma hər zaman olduğu kimi və bütün xəstəliklərdə olduğu kimi  bu xəstəlikdə də isriyyətin rolu vardır desəm ola bilsin oxucular bir az  qorxuya düşəcəklər.  Çünki deyəcəklər biz  heç yerdə elə məlumat oxumamışıq.  Genetik,  olaraq meyillilik, mən belə deyərdim. İsri xəstəlik  deyil bu.  Amma genetik olaraq meyillilikdir.  Yəni bu necədir? – genetik olaraq xromosom aparatı  zəif olduğu  insanlarda  hansı insanlar ki,  xarici və ya daxili  amillərin stresslərin təsirindən  və ya bayaq sadaladığım müxtəlif radiasiya və ximikatlar və ya bunların təsirindən genetik aparatı zəif olan insanlarda xəstəliyin mutasiya olması və xromosom aparatında nəticədə xəstəliyin yaranması baş verir. Baxın məsələn Çernobl hadisələri, yəqin ki  yadınızdadır.  90 –cı illərdə , 85 – ci ildə, 80 –cı illərdə belə deyək Çernobl hadisəsi. Və ya  Yaponiyadakı atom bombası atılandan sonra  Naqasaki, Xerosima  adalarında nə qədər insanlar bu xəstəliyə tutuldular.  Amma baxın! Eyni mühitdə  yaşayan insanların hamısı bu xəstəliyə tutulmadı. Amma tutulanlar da nə qədər oldu.  Deməli xəstəliyə tutulmanın çox olması radiasiyanın təsirindən oldu. Amma hər adam tutula bilmədi ona görə ki, bayaq dediyim kimi  o genetik aparatın davamlılığı , dözümlülüyü  hər insanda eyni cür olmur.

Azərbaycanda bölgələrə bölünürmü daha çox bu xəstəliyin yayılması?

Başa düşdüm.  Çox yaxşı sualdır.  Bilirsiz necədir,  məsələn Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orda bu xəstəliyə tutulan insan olmasın.  Mən artıq 15 – 16 ildir ki, Azərbaycanda işləyirəm  və Uşaq hematologiyasına başçılıq edirəm. Və bu illər ərzində Azərbaycanın elə bir rayonu olmayıb ki,  ordan bizə xəstələr müraciət etməsin.

Nisbətdə götürəndə bəli statistik məlumatlara görə hətta dünyanın inkişaf etmiş ölkələrində  harada ki,  atmosferə atılan  o ximikatlar və yaxud da ki, radiasiya güclü olan yerlərdə, böyük şəhərlərdə  ekoloji tarazlığın kəskin pozulması və.s belə  olan yerlərdə görünür ki, bu xəstəliyə tutulanlar daha çox olur. Və bayaq dediyim amildir bunun kökündə dayanır. Amma  konkret olaraq Azərbaycanın rayonları arasında xüsusi fərq qoymaq , Bakı və ya deyək ki, Azərbaycanın hansısa rayonu elə bir ciddi fərq yoxdur.

 Bu xəstəliklə bağlı əsasən də doğurdan da dövlət dəstəyi var bu xəstəliklə bağlı ölkə  rəhbərliyinin xüsusi nəzarəti var. Heydər Əliyev Fondu hətta uşaqlara qarşı göstərilir. Hətta biz humansit xalqımız xeyriyyə kompaniyaları da keçirir. Hətta Mehriban xanımın çağrışı olmuşdu bu yaxınlarda. Amma əksər şəxslər xüsusən də bu xəstəliklə bağlı xarici ölkələrə üz tuturlar.  Bunun səbəbi nədir?

Bütün suallarınız çox aktualdı və çox  peşəkarcasına verilən suallardı.  Baxın ,  təqribən 15 il bundan öncəyə qədər  Azərbaycanda istər  ondan əvvəlki  5 ildə, 10 ildə, 50 ildə  heç bir zaman Azərbaycanda qan xərçəngi xəstəliyindən sağalma  mümkün olmamışdır.  Hər zaman Azərbaycanda deyirdilər ki, ağ qan qırmızı qanı yeyirsə bu  insan ölümə məhkumdur.  Böyüklər də belə deyirdilər kiçiklər də belə deyirdilər.  İş burasındadır ki,  xəstələrlə yanaşı həkimlər  də belə deyirdilər.  Məsələn indi təvazökarlıqdan kənara çıxıb deyim ki,  mən Azərbaycanda bu sahəyə başçılıq edəndə 2005 ci il idi yəni təqribən düz 15 il öncə. Təsəvvür edin ki, ondan öncə uzun illər  Moskvada işləmiş bir mütəxəssis kimi və bu xəstəliklərin  bütün kökünü, potogenizini, müalicəsini bilən bir insan, mən orda aldığım təhsildə gördüm ki, bu xəstəliklər sağalır.  Mən Moskvada aspiranturada və doktoranturada təhsil aldım. Mən özüm də doğrusu əvvəl inanmırdım ki, bu xəstəliklər sağalır.  Sonra şahid oldum ki, sağalır. Və mən də əlbəttə ki, bu həkimlərə qoşuldum və bu xəstələrin bu uşaqların sağalmasında nələrdən istifadə etmək lazımdırsa öyrəndim. İstifadə etdikcə gördüm ki, öz xəstələrim də sağalır. Yəni bu mümkün imiş sən demə.

Bu elmi öyrənib Azərbaycana gələndən sonra,  yenə deyirəm 2005 –ci ildən bu xidmətə baççılıq edəndə, mən burda həkimlərə deyəndə ki, bu xəstəlikdən insanlar sağalır,  inanırsınız, həkimlərdə çox inamsızlıq var idi.  Onlar mənə inanmırdılar.  Amma mən sizə deyim, bunlar faktdır. Mən bu işə  başladım, yeni və cavan həkimlər işə götürdük.

Onlara bu xəstəliyin sağalmasının mümkün olduğunu,  gündəlik işimizlə göstərdik.  Onunçün xəstələr hansı müayinələri keçməlidir, daha sonra xəstələrə hansı müalicələr olmalıdır?  Bu suallar ətrafında işə başladıq. Məsələn Azərbaycanda bu xəstəliyin müalicəsində proqram anlayışı yox idi.  Elə bil ki, sadəcə iynə vuraraq nə qədər yaşayar yaşasın deyib, onsuz da öləcək deyib iş görürdülər. Amma birdən –birə bu müalicə proseslərində proqram anlayışının əsas gətirilməsi – ora  aiddi xəstələrin düzgün müayinəsi, düzgün müalicəsi , sonra müalicənin hansı protokol üzrə seçilməsi,  bu protokola nəyə görə üstünlük verilməsi və.s bunları izah edib praktikaya tətbiq etdikdən sonra Azərbaycanda xəstələr sağalmağa başladı. Və sağalanların sayı artandan sonra buna necə inanamayasan?

Bu gün Azərbaycanda təsəvvür edin ki, xəstəlikdən tələf olanda  bu bizim üçün    böyük bir faciə olur ki, niyə xəstə tələf oldu.  Hansı ki, onun yaşaması əvvəllər möcüzə idi. İndi  isə o xəstə tələf olursa çoxlu suallar yaranır ki, niyə? və nə üçün? və.s.  Yəni demək istəyirəm ki, xəstəliyin müalicəsini Azərbaycanda tətbiq etdikdən sonra , bizim aldığımız nəticələri ciddiyə almağa və bizi eşitməyə başladılar.  İlk dəfə isə bunları biz deyəndə bizə qulaq asan yox idi.  Bundan sonra Səhiyyə nazirliyi tərəfindən bu istiqamətdə müsbət addımlar atıldı.   Bunlardan birincisi nə idi – bu xəstələrin müalicəsi zamanı labarator xidmətin  yaxşılaşdırılması oldu.  Təsəvvür edin ki, burda vallah heç bir mübaliğə yoxdur. Dünyanın ən aparıcı ölkələrində  bu xəstələrin diaqnozunu qoymaq üçün  ən incəliklərinə qədər hansı müayinə metodları təqbit olunursa artıq Azərbaycanda da illərdir ki, eynilə tətbiq olunur.  İkincisi bu xəstələrin müalicəsi – Onların müalicəsi üçün çoxlu kimyəvi preparatlar lazımdı.  Lakin xəstələr həmişə o dərmanları almaq iqtidarında olmurlar.  Çünki çox bahalı dərmanlardı. Səhiyyə nazirliyinin bu istiqamətdə atdığı addımlar bizə imkan verdi ki,  biz bu xəstələri yəni, dediyimiz kimi fasiləsiz olaraq müalicə edə bilək.  Həm də biz Leykohimya ilə bağlı assossasiya yaratdıq Azərbaycanda.  Elə təşəbbüskarı da özümüz olduq həmkarlarımızla birlikdə.  İlk prezidenti də mən oldum. Daha sonra biz onu həvalə etdik Mehriban Bağırova adlı bir xanıma. Hansı ki, özünün də bu xəstəliklə bağlı problemləri var idi.  Və özü də müalicə olunurdu. Və çox xeyrxah addımları ilə , xeyriyyə aksiyaları keçirməklə bəzi xəstələrin müalicəsi üçün dərman ala bilməyən insanlara köməkliyi dəyibdir.

Bu xəstləlik haqqında qeyd edim ki, sümük iliyində yaranır, sonra qana keçir və sonra beyinə vurur.  Təsəvvür edin ki, bəzən sümük iliyi müalicə olunurdu, amma beyində bunun ciddi fəsadları olurdu.  Biz işə başlayanda ilk illərdə xəstələri ,  Rusiyaya , İrana və Türkiyəyə göndərirdik.  Onlar orda şüalansınlar ki, xəstəlik beyinə getməsin. Daha sonra biz bu məsələni  Milli Onkologiya mərkəzində problem olaraq qaldırdıq. Orda Şüaterapiya bölməsi var. Və biz o bölmənin əməkdaşları ilə rəsmi müqavilə bağladıq . Və onlar bizim xəstələri hansı etapda lazımdırsa o etapda  qəbul etməyə başladılar.  Bayaq dediyim kimi proqram anlayışı odur ki, bu problem hər tərəfdən eşidilir və qəbul olunur. Hər kəs də bu problemin həlli üçün nə edə bilərsə onu edir.

 

İnsanlar bu xəstəliyə bulaşmamaq və tutulmamaq üçün nə etməlidi? Xüsusilə də gənclər.  Nə tövsiyyə verə bilərsiniz bununla bağlı? Sadəcə insanlar önləyici olaraq nə etməlidirlər?

Bilirsiniz,  bu elə xəstəlikdir ki, beləki, hansısa infeskion xəstəlik deyil ki, deyək maska tax və ya məsafə saxla.  Bu xəstəliyin kökündə  genetik faktorların rolu var, amma çox havası çirklənmiş yerlərdə, ekologiyanın bərbad olduğu yerlərdə bu xəstəliyə tutulma riski çoxdur.

Keyfiyyətsiz məhsullar necə bəs doktor?

Keyfiyyətsiz məhsullar deyəndə belədir ki, biz hamımız bazarda nə satılırsa onu alırıq.  Biz əlbəttə ki, onların necə hazırlandığını və yetişdirildiyini bilmirik. Əlbəttə tərkiblərində kimyəvi məhsullar ola bilər.  Əlbəttə ki, onların tərkibində kimyəvi maddələr olanda onlar özləri də mutasiyaya uğrayırlar.  Mutasiyaya uğramış məhsullar ifadəsi son vaxtlar yayılıb.  Sözsüz ki, gündəlik  süfrəmizdə o məhsulların olması xəstəliyin yaranma riskini artırır.  Amma konket olaraq bu qidanı yeməyin o birini yeyin deyə bir istiqamət vermək çətindir.  Xüsusi qoruyucu tədbrilər yoxdur. Amma əlbəttə sağlam həyat tərzi və idman faydalıdı. Və insanın stressə qarşı gücünü artırır və əlbəttə ki, bu xəstəliyə tutulma riskini aşağı salır.

Bilirsiniz ki, bu gün dünya koronavirusla  mübarizə aparır , o cümlədən Azərbaycan da.  Mətbuatda və sosial şəbəkələrdə belə bir yazışmalar var ki,  bu dünyada insanların sayının azaldılması və müxtəlif versiyalar var bu barədə. Bəs bu xərçənglə bağlı  belə bir faktlar varmı ki, deyirlər hansısa ölkədə xərçəng yoxdu.  Misal üçün deyirlə ki, İsraildə yoxdu. Lakin mənim tanıdığım bir İsrailli var.  Yəhudi Azərbaycanlı jurnalistimiz var ki, tanınmış diaspor fəalıdı. Lobbiçilikdə xidməti var. Lakin o şəxs özü o xəstəlikdən əziyyət çəkir.  Bu barədə nə deyə bilərsiniz?

Bilirsiniz, bir aydınlıq gətirim sualınıza. Bu xəstəliyin hansısa ölkədə olmaması və ya bu kimi fikirlər ağıla sığan deyil. .  Hansısa infeksiyanı yaymaq olar, bakteroloji müharibə kimi hansısa ölkə və hansısa qitədə. Amma  qaldı ki, qanın  xərçəng xətəliyini o formada yaymaq mümkün deyil.   Və ya deyim ki, hansısa iynə vuruldu bu xəstəlik yarandı deyə bir anlayış da yoxdu.  Ona görə də bu xəstəliyin hansısa ölkədə təxribat niyyəti ilə yayılması  inandırıcı deyil.

Doktor daha bir səmimi sual. Hər birimiz sosial medianı izləyirik. Hər birimiz bir vətəndaş olaraq sosial mediyada hansısa bir körpənin bu xəstəlikdən əziyyət çəkdiyinə şahid oluruq.  Və ondan sonra ən azı bir gün özümüzə gəlmirik.  Bəs siz özünüz necə mübarizə aparırsınız? 

Mən belə deyim. Biz də insanıq biz də babayıq.  O insanların iztirabları bizim içimizdən keçir.  Məsələn siz maraqlansanız şahid olarsınız . Sosial şəbəkələrdə xəstələrin fikirlərinə. İnanın illər sonra böyüyüb gələn xəstələrim olur. Uşaq ikən onları müalicə etmişəm. Onlar bəzən gəlirlər mənimlə görüşə.  Çox sevinirəm.

Əlbəttə ki,  bu insanların probleminə belə laqeyd baxmaq mümkün deyil. Nə də onlardan maddi maraq güdmək Allahsızlıq olar.  Bu valideynlərin çəkdikləri iztirabları siz görsəniz necə dözülməzdir.   Məsələn çox ağrılı müalicələri var. Onurğa kanalına iynə ilə müdaxilə var. Və bu ağrılara uşaqlar dözə bilmir. Və ya çox yandırıcı  kimyaterapiyalar var ki, dəridə yanıqlar qalır. Bütün bunları görüb etinasız qalmaq mümkün deyil.

Bir sual da verim. Sosial mediyada çox aktualdı. Əgər istəsəniz cavab verməyə də bilərsiniz.  Misal üçün qanvermə aksiyaları olur.  Bir də eşidirsən ki, qanvermə aksiyasındakı verilən qanı satırlar deyə məlmuatlar yayılır.  Bu barədə zəhmət olmasa fikirləriniz.

Mən sizə deyim ki, mən bu barədə dəqiqliyi ilə heç nə deyə bilmərəm. Amma cavab verəcəyəm.  Belə məqamlar var ki, xəstələrimiz olur və ya xəstə yaxınlarından kimsə öz təşəbbüsü ilə qan verir. Və bildirir ki, doktor verdiyim qan hansısa xəstənizə faydalı olar.   Amma qan verən donor rəsmi çeklə təsdiq edir ki, xəstə ona həmin qanın köçürülməsində problem yaşamasın.

Bir də ki qanvermə aksiyaları keçirilir. Məsələn Məhərrəmlik ayında və.s bu çox yaxşıdı əlbəttə ki. Qanını yerə tökməkdənsə kiməsə xehirxahlıq etmiş olursan və bu çox yaxşı işdir.

Çox sağ olun doktor təşəkkür edirəm sizə müsahibə üçün.

Siz sağ olun. Təşəkkürlər.

 

İcmal.Az

RƏYLƏR