Obama Trampı tənqid etdi — "Bu ABŞ tarixinin ən uğursuz aksiyasıdır"

OXUNUB: 704 DÜNYA
ABŞ-ın sabiq prezidenti Barak Obama prezident Donald Trampın Paris müqaviləsindən çəkilmə qərarını tənqid edib.


Obama bu qərarı ABŞ tarixinin ən uğursuz aksiyası adlandırıb.

Obama verdiyi açıqlamada Paris iqlim müqaviləsinin dünyada karbon qazının səviyyəsini azaltmaq üçün nəzərdə tutulan ilk qlobal müqavilə olduğunu qeyd edib.

Eks-prezident deyib: "Paris iqlim müqaviləsi ABŞ-ın dünya səhnəsindəki sabit və prinsipli liderliyi sayəsində mümkün olub. ABŞ-ın digər ölkələrin önündə yer almalı olduğunu düşünürəm. Amma ABŞ lider olmasa, müəyyən problemlər yaranacaq. Trampın bu qərarı ABŞ tarixinin ən uğursuz aksiyasıdır".

Obama administrasiyasında ABŞ xarici işlər naziri olan Con Kerri də Trampın bu qərarının ABŞ tarixində ən uğursuz aksiya olduğunu bildirib./olke.az
 

İcmal.Az

RƏYLƏR