Odessada qanunsuz ticarətlə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb

OXUNUB: 870 SOSİAL HADİSƏ

Ukraynanın Odessa şəhərinin Suvorovski rayonundakı küçələrdən birində ticarət üçün müəyyən edilməmiş yerdə meyvə-tərəvəz satmaqla məşğul olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, o Azərbaycandan gəlib və Ukrayna ərazisində qanunsuz yaşayır.

Bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanları 31 yaşlı Azərbaycan vətəndaşına qarşı İnzibati Xətalar Məcəlləsinin 160-cı maddəsi üzrə (Müəyyən edilməmiş yerdə pərakəndə satış) protokol tərtib ediblər.

Ardınca onunla Dövlət Miqrasiya Xidməti məşğul olacaq./report

 

İcmal.Az

RƏYLƏR